...

Tesla-nın mənfəəti 600 milyon dollar artıb

Dünya xəbərləri Materials 31 Yanvar 2025 03:34 (UTC +04:00)
Tesla-nın mənfəəti 600 milyon dollar artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tesla, şirkətlər üçün rəqəmsal aktivlərin uçotu qaydalarına edilən dəyişikliklər nəticəsində maliyyə hesabatında daha yüksək mənfəət göstərə bilib.

Trend xəbər verir ki, avtomobil istehsalçısının xalis mənfəəti 600 milyon dollar artıb. Əvvəlki dörd rübdə şirkət rəqəmsal aktivlərinin balans dəyərini 184 milyon dollar olaraq bildirmişdi. Lakin 2023-cü ilin dördüncü rübündə bu rəqəm 1,08 milyard dollara yüksəlib.

Bu dəyişiklik, Maliyyə Mühasibat Uçotu Standartları Şurasının (FASB) siyasətində etdiyi yeniliklərlə bağlıdır. 2025-ci ildən etibarən korporativ rəqəmsal aktivlər rüblük bazar dəyəri ilə qiymətləndiriləcək.

Əvvəllər, bitkoin sahibi olan şirkətlər, qiymət artımından asılı olmayaraq, aktivlərini yalnız ən aşağı dəyərlə hesabatlarında göstərmək məcburiyyətində idilər. Yeni qaydalar sayəsində Tesla səhm başına qazancın 0,68 dollar artdığını və dördüncü rübdə Bitcoin aktivlərinin dəyərində 347 milyon dollarlıq artım olduğunu açıqlayıb.

Üçüncü rübün sonunda Tesla-nın bitkoin aktivləri 184 milyon dollar dəyərində göstərilsə də, onların faktiki bazar dəyəri 729 milyon dollar idi.

Xəbər lenti

Xəbər lenti