...

ABŞ-də Demokrat Partiyasının populyarlığı rekord səviyyədə aşağı düşüb

Dünya xəbərləri Materials 31 Yanvar 2025 05:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Quinnipek Universitetinin sorğusuna əsasən, Demokrat Partiyası 2008-ci ildən bəri ən aşağı populyarlıq səviyyəsinə malikdir.

Trend xəbər verir ki, sorğunun nəticələrinə görə, amerikalıların 57%-i Demokrat Partiyasına mənfi yanaşır, yalnız 31%-i isə müsbət fikirdədir. Bu, universitetin 2008-ci ildən bəri keçirdiyi sorğular arasında ən aşağı göstərici olub.

Bununla yanaşı, Respublika Partiyasına dəstək son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Respondentlərin 43%-i partiyaya müsbət, 45%-i isə mənfi münasibət bildirib.

Sorğu yanvarın 23-dən 27-dək telefon vasitəsilə aparılıb və 1000-dən çox yetkin ABŞ vətəndaşı iştirak edib. Statistik xəta təxminən 3,1 faiz bəndi təşkil edir.

Xəbər lenti

Xəbər lenti