...

Qəzzada atəşkəsdən sonra dağıntılar altından 354 cəsəd çıxarılıb

Dünya xəbərləri Materials 31 Yanvar 2025 08:47 (UTC +04:00)
Qəzzada atəşkəsdən sonra dağıntılar altından 354 cəsəd çıxarılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Axtarış-xilasetmə qrupları atəşkəs elan edildikdən sonra Qəzza zolağında dağılmış binalardan 354 cəsədi çıxarıb.

Trend-in məlumatına görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı xəbər yayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, anklavda 14 mindən çox insan itkin düşmüş hesab edilir. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi isə bildirir ki, Qəzza zolağından 50 milyon ton dağıntının çıxarılması və təmizlənmə işlərinin 20 ilə qədər vaxt aparması mümkündür.

Qeyd edək ki, yanvarın 15-də Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Doha, Qahirə və Vaşinqtonun vasitəçiliyi ilə İsrail və HƏMAS arasında razılıq əldə olunduğunu açıqlayıb. Bu razılaşmaya əsasən, Qəzzada girovlar azad edilib və atəşkəs elan edilib. Müqavilə yanvarın 19-da qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti