...

Gürcüstanda 49 müxalif deputatın mandatı ləğv olunub

Dünya xəbərləri Materials 5 Fevral 2025 14:20 (UTC +04:00)
Gürcüstanda 49 müxalif deputatın mandatı ləğv olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamenti müxalifətdən olan 49 deputatın deputatlıq mandatını ləğv edib. Bununla ölkənin parlamentində konstitusiyaya görə 150 mandat nəzərdə tutulduğu halda, millət vəkillərinin sayı 101 nəfərə qədər azalıb.

Trend bu barədə Gürcüstan KİV-ə istinadən məlumat verir.

Başlıca olaraq “Birlik – Milli hərəkat”, “Dəyişikliklər naminə koalisiya” və “Güclü Gürcüstan”ı təmsil edən millət vəkillərinin deputatlıq səlahiyyətləri dayandırılıb. Bu qərar üçün əsas onların mandatın ləğv olunması ilə bağlı ötən ilin noyabr ayında parlamentə təqdim etdikləri yazılı müraciət olub.

26 oktyabr 2024-cü ildə Gürcüstanda keçirilmiş parlament seçkilərinin yekun nəticələrinə əsasən (Gürcüstan MSK) “Güclü Gürcüstan” 14, “Dəyişikliklər naminə koalisiya” 19, “Birlik – Milli Hərəkat” isə 16 deputatla təmsil olunma hüququ qazanmışdı.

Hazırkı mərhələdə parlamentdə 12 mandatla "Qaxariya Gürcüstan uğrunda" partiyası qalır.

Keçmiş baş nazir Giorgi Qaxariyanın siyasi birliyi, 26 oktyabr seçkilərində keçid baryerini aşmış digər partiyalar kimi, seçkilərin nəticələrini qeyri-legitim hesab edir və parlament fəaliyyətində iştirak etmir. Bununla belə, bu siyasi birliyin nümayəndələri səlahiyyətlərindən imtina etmələri ilə bağlı rəsmi ərizə təqdim etməyiblər.

Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, 2024-cü il parlament seçkilərinin nəticələrinə görə, "Güclü Gürcüstan" 14 mandat, "Dəyişikliklər uğrunda Koalisiya" 19 mandat, "Birləşmə – Milli Hərəkat" isə 16 mandat qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti