Bakı.Trend:
Rusiyanın İstintaq Komitəsi 21 yaşına qədər olan şəxslərə istənilən spirtli içki növlərinin satışının qadağan edilməsini təklif edib.
Trend rus KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bəyanat səsləndirib.
“Gənclər arasında spirtli içki alüdəçiliyinin qarşısını almaq məqsədilə spirtli məhsuların yaşı 21-ə çatmamış şəxslərə satışına qadağa tətbiq etmək vacibdir”, - komitə sədri kollegiya iclasında bildirib.
Qeyd edilir ki, bundan əvvəl, ötən ilin sentyabr ayında Rusiya Dövlət Dumasının deputatı Sultan Xamzayev parlamentarilərin yaşı 21-ə çatmamış şəxslərə alkoqol satışı və ondan istifadənin qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırladıqlarını bildirmişdi.