Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Qəzza zolağına ABŞ qoşunlarının göndərilməsi ilə bağlı öhdəlik götürməyib.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən növbəti brifinqdə deyib.
"Prezident Qəzzaya qoşun yeritmək öhdəliyi götürməyib", - deyə Ağ Evin mətbuat katibi bildirib.
"O həmçinin bildirib ki, ABŞ Qəzzanın bərpası üçün pul ödəmək niyyətində deyil. Onun administrasiyası bu bölgənin yenidən qurulması üçün bölgədəki tərəfdaşlarımızla işləyəcək", - deyə K.Livitt əlavə edib.