...

Belçikada metroda atışma törədən şəxslər axtarışa verilib

Dünya xəbərləri Materials 6 Fevral 2025 02:44 (UTC +04:00)

Bakı. Trend:

Brüssel metropoliteninin Klemanso stansiyası ərazisində bir neçə nəfər odlu silahlardan atəş açıb.

Trend-in məlumatına görə, polisin “Het Laatste Nieuws” nəşrinə verdiyi məlumata görə, iki və ya üç şübhəli şəxsin axtarışları davam edir.

Brüssel polisinin mətbuat katibi Sara Frederiks bəyan edib ki, şübhəlilər metroda gizləniblər və ola bilsin ki, hələ də oradadırlar. İlkin məlumatlara görə, atışma nəticəsində heç kim xəsarət almayıb. Hadisənin narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə əlaqəli olduğu ehtimal edilir.

Mətbuatda verilən məlumata görə, metro stansiyasında bir neçə giliz aşkar edilib. Kalaşnikov avtomatından atəş açıldığı ilə bağlı ehtimallar var. Atışmadan sonra şübhəlilərin metro tunellərində gizləndikləri bildirilir.

Xəbər lenti

Xəbər lenti