Bakı. Trend:
Argentina Prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması proseduruna başlamaqla bağlı xarici işlər nazirinə tapşırıq verib.
Trend-in məlumatına görə, bu barədə Argentina prezidentinin mətbuat katibi Manuel Adorni bildirib.
“Argentinalılar beynəlxalq təşkilatın bizim suverenliyimizə, xüsusən də səhiyyəyə müdaxiləsinə icazə verməyəcəklər”, - deyə Adorni vurğulayıb.