Bakı. Trend:
Çinin hərbi dəniz qüvvələri Ədən körfəzində dəniz quldurlarının ticarət gəmisinə basqının qarşısını alıb.
Trend xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi “WeChat” sosial şəbəkə səhifəsində məlumat paylaşıb.
Məlumata görə, dəniz quldurları iki qayıqda konvoylu “Juisun” gəmisinə yaxınlaşmağa çalışıb.
Çin hərbi dəniz donanmasına aid “Baotou” esminesinin müdaxiləsi nəticəsində dəniz quldurları geri dönüb qaçmağa məcbur olublar.