...

İtaliya Qəzzaya 15 ton humanitar yardım göndərib

Dünya xəbərləri Materials 7 Fevral 2025 04:27 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Qəzzaya göndərdiyi 15 ton humanitar yardım Aşdod limanına çatıb.

Trend xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani iştirak edib.

Nazir bildirib ki, hər birində 1 ton humanitar yardım olan 15 yük maşını “Qəzza üçün ərzaq” təşəbbüsü vasitəsilə Dünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində göndərilib.

Xəbər lenti

Xəbər lenti