Bakı. Trend:
Pakistan təhlükəsizlik qüvvələrinin Şimali Vəziristan əyalətində həyata keçirdiyi növbəti əməliyyat zamanı ən azı 12 terrorçu məhv edilib.
Trend xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, fevralın 5-6-da həyata keçirilən antiterror əməliyyatlarında 12 yaraqlı öldürülüb, Pakistan tərəfindən isə bir əsgər şəhid olub.