Bakı.Trend:
Rusiya tərəfi Hmeymim və Tartusdakı hərbi bazalarını bunun yalnız Suriyaya faydası olacağı halda saxlaya bilər.
Trend xəbər verir ki, bunu Suriyanın müdafiə naziri vəzifəsini icra edən Mərhaf Əbu Kəsra “The Washington Post”a verdiyi müsahibədə bildirib.
Mərhaf Əbu Kəsra bildirib ki, Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra Moskvanın yeni Suriya hökumətinə olan münasibəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Kəsra, eyni zamanda, Dəməşqin hazırda müxtəlif ölkələrlə müdafiə sahəsində sazişlər bağlamağın mümkünlüyünü nəzərdən keçirdiyini vurğulayıb.
