...

Qazaxıstan iğtişaşları ilə əlaqədar hərbçiyə 7 il iş kəsildi

Dünya xəbərləri Materials 7 Fevral 2025 12:51 (UTC +04:00)
Qazaxıstan iğtişaşları ilə əlaqədar hərbçiyə 7 il iş kəsildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda Almatı Hərbi Məhkəməsi 2022-ci ilin iğtişaşları zamanı silahdan istifadə edərkən səlahiyyətləri aşdığına görə adı çəkilməyən hərbçini 7 il müddətinə azadlıqdan məhrum edilib.

Trend xəbər verir ki, bu barədə ölkənin Hərbi Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Hərbçi açdığı atəşlə iki nəfərin qətlində təqsirli bilinib.

Tribunalın qərarın əsasən, müttəhim hərbi rütbəsindən məhrum edilib və onun üzərinə zərərçəkənlərdən birinin ailəsinə 20 milyon təngə məbləğində (66 min 624 manat) təzminat ödəməsi öhdəliyi qoyulub.

Mühakimə olunan hərbçinin kimliyi açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti