...

Ankarada saxta spirtli içki istifadəsi nəticəsində ölənlərin sayı 54-ə çatıb

Dünya xəbərləri Materials 18 Fevral 2025 02:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ankarada saxta spirtli içki istifadəsi nəticəsində ölənlərin sayı artır.

Trend "CNN Türk" telekanalına istinadən xəbər verir ki, şəhər xəstəxanalarının reanimasiya şöbələrində hələ də 40 nəfər müalicə alır.

Fevralın əvvəlində Ankara vilayətinin qubernatoru Vasip Şahin paytaxtda 33 ölüm halının qeydə alındığını açıqlamışdı.

Ankara Baş Prokurorluğu insanların ölümü və saxta spirtli içki satışı ilə bağlı istintaqı davam etdirir. İstintaq çərçivəsində 28 nəfər həbs edilib, onlardan 25-i müvəqqəti olaraq məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti