...

Qırğızıstanda iğtişaşlar hazırlayan dəstə ifşa olunub - Saxlanılanlardan biri keçmiş deputatdır

Dünya xəbərləri Materials 24 Fevral 2025 18:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan milisi başda keçmiş deputat olmaqla, səkkiz nəfərdən ibarət bir dəstəni saxlayıb. Yerli güc strukturlarının versiyasına görə, həmin dəstə üzvləri ölkə ərazisində kütləvi iğtişaşlar törətməyi planlaşdırıb.

Trend xəbər verir ki, bu haqda Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Qırx tayfa və yeddi vilayət birləşdi” (“Кырк уруу жети дубан ынтымагы”) birləşməsinin üzvləri görüşlər keçirərək, yerli vətəndaşları etiraz aksiyalarına hazırlaşdırıblar və bununla əmlakın talan olunması və dağıdılması ilə müşayiət olunan gərginliklərə səbəb olmaq niyyəti güdüblər.

Şübhəli şəxs qismində saxlanılmış şəxslərin qaldıqları yerlərdə axtarışlar aparılıb. Hüquq-mühafizə orqanı əməkdaşlarının həmin yerlərdən silah-sursat, narkotik maddələr, dini ədəbiyyat aşkarladığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti