...

Türkiyənin Egey dənizi sahillərində zəlzələ olub

Dünya xəbərləri Materials 24 Fevral 2025 16:33 (UTC +04:00)
Türkiyənin Egey dənizi sahillərində zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Egey dənizi sahillərində güclü zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Seysmik hadisə yerli vaxtla 14:33 də baş verib və 4,4 bal gücündə olub.

Məlumata görə, zəlzələnin episentri Egey dənizində, yeraltı ocağı (hiposentri) isə 7 kilometr dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti