Bakı. Trend:
2025-ci ilin yanvar ayında Türkiyədə İran kapitalı ilə 26 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 şirkət azdır.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 21 milyon 410 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 30 milyon 700 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (24) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 20 milyon 510 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar ayında Türkiyədə İran kapitalı ilə 13 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.