...

Tramp Makronu masanın kənarında əyləşdirdi (VİDEO)

Dünya xəbərləri Materials 25 Fevral 2025 12:57 (UTC +04:00)
Tramp Makronu masanın kənarında əyləşdirdi (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ağ Evdə fransalı həmkarı Emmanuel Makronu qəbul edən ABŞ prezidenti Donald Tramp Oval kabinetində keçən G7 liderlərinin toplantısı zamanı Makronu masanın kənarında otuzdurub.

Trend xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Maraq doğuran görüntü sosial şəbəkələrdə yayılıb. Kadrlarda Trampın Makronu özündən sağda, vitse-prezident Cey Di Vensi isə solda əyləşdirdiyini görmək olur. Adətən belə görüşlərdə ölkə liderləri dəyirmi masanın arxasında əyləşir.

Makronla yaşanmış insident protokol normalarının pozulması kimi qiymətləndirilir. Daily Express qəzetinin yazdığına görə, Amerikalı lider bu yolla "fransalı həmkarını alçaldıb”.

Xatırladaq ki, ötən gün də Makron Ağ Evə gələrkən Donald Tramp onu şəxsən qarşılamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti