...

Almaniya müdafiəyə 200 milyard avro ayırmağı müzakirə edir

Dünya xəbərləri Materials 25 Fevral 2025 22:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hökuməti müdafiə xərcləri üçün 200 milyard avro ayırmaq imkanını nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

CDU və SPD üzvləri ordunun modernləşdirilməsi üçün əlavə vəsait ayırmaq məqsədilə dövlət borclanmasına qoyulan sərt məhdudiyyətləri aşmağın yollarını axtarırlar.

Mənbənin məlumatına görə, üç il əvvəl təsdiqlənmiş 100 milyard avroluq paketdən iki dəfə böyük olacaq yeni maliyyə planının səsverməyə çıxarılması müzakirə olunur.

Mümkün variantlardan biri hərbi xərclər və Ukraynaya dəstək üçün ayrıca fond yaratmaqdır. Eyni zamanda, mövcud 100 milyard avroluq fondun genişləndirilməsi və müdafiə büdcəsinin artırılması üçün borclanma mexanizminin uyğunlaşdırılması da nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti