...

ABŞ-də təyyarə eniş zamanı təhlükə ilə üzləşib

Dünya xəbərləri Materials 25 Fevral 2025 23:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Southwest Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çikaqo Beynəlxalq Hava Limanında eniş edərkən təhlükəli vəziyyət yaranıb.

Trend xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Əyləc zamanı şəxsi təyyarə uçuş-enmə zolağına daxil olub. Bu səbəbdən sərnişin təyyarəsinin ekipajı dərhal əyləci ləğv edərək sürət qazanıb və yerə ikinci dəfə yaxınlaşmağa qərar verib.

Southwest Airlines-ın 2504 reysi daha sonra təhlükəsiz şəkildə eniş edib.

Qeyd edək ki, ilin əvvəlindən ABŞ və Kanadada bir neçə ciddi aviasiya insidenti qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti