Bakı. Trend:
Tayvanın Sahil Mühafizə Xidməti Çin ticarət gəmisini saxlayıb.
Trend xəbər verir ki, baş verən insidentin videosu "Telegram" kanallarında yayılıb.
Tayvan rəsmiləri gəmi ekipajının sualtı kabeli qırdığını iddia edirlər. İnternetdə yayılan görüntülərdə sahil mühafizəçilərinin qayıq vasitəsilə gəmiyə yan aldığı və göyərtəyə çıxdığı görünür.
Çin tərəfi artıq insidentlə bağlı açıqlama yayıb. Bildirilir ki, hadisəyə görə gəmi heyəti məsuliyyət daşıyır.
Bununla belə, Tayvan hələ ki, sualtı kabelin qəsdən qırılması ilə bağlı Çin gəmisinin iştirakına dair konkret sübut təqdim etməyib. Sahil Mühafizə Xidməti gəminin Çin hökuməti tərəfindən maliyyələşdirildiyini və göyərtəsində 8 Çin vətəndaşının olduğunu açıqlayıb.