...

Ukrayna və ABŞ faydalı qazıntılar sahəsində sazişin detallarını razılaşdırıblar

Dünya xəbərləri Materials 26 Fevral 2025 02:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna və ABŞ faydalı qazıntılar, o cümlədən neft və qaz sahəsində birgə işlənmə ilə bağlı sazişin detallarını razılaşdırıblar.

Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Ukrayna məmurları Kiyevin mineral ehtiyatlarının birgə işlənməsi ilə bağlı sazişi imzalamağa hazır olduğunu bildiriblər. Sazişin daha əlverişli şərtləri ilə bağlı tərəflər arasında razılıq əldə edilib.

Həmçinin, bu sazişin ABŞ ilə münasibətlərin genişləndirilməsi və Ukraynanın perspektivlərini gücləndirmək məqsədilə bir vasitə olaraq təqdim olunduğu qeyd edilir.

Xəbər lenti

Xəbər lenti