...

ABŞ qeyri-qanuni mühacirlər üçün xüsusi reyestr yaratmağı planlaşdırır

Dünya xəbərləri Materials 26 Fevral 2025 04:39 (UTC +04:00)
ABŞ qeyri-qanuni mühacirlər üçün xüsusi reyestr yaratmağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hakimiyyəti ölkədə qeyri-qanuni yaşayan mühacirlərin xüsusi reyestrdə qeydiyyatdan keçməsini tələb edəcək. Əks halda, onları cərimə və ya həbs cəzası gözləyir.

Trend xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri layihənin surətinə istinadən məlumat yayıb.

ABŞ administrasiyasının planına əsasən, yaşı 14 və daha yuxarı olan qeyri-qanuni mühacirlər barmaq izlərini təqdim etməli və yaşayış ünvanlarını bildirməlidirlər. Bu tələbi yerinə yetirməyənlər 5 000 dollara qədər cərimə edilə və ya altı aya qədər həbs oluna bilərlər.

Nəşrin məlumatına görə, əvvəllər ABŞ-də qeyri-qanuni yaşamaq saxlanılma və deportasiya ilə nəticələnə bilərdi, lakin bu, cinayət hesab edilmirdi.

Vaşinqton bu təşəbbüsü həyata keçirmək üçün “immiqrasiya qanununun qeyri-müəyyən müddəalarından” istifadə etməyi planlaşdırır. Reyestr yaradıldıqdan sonra qeyri-qanuni mühacirlərə özləri haqqında məlumat təqdim etmək üçün 30 gün vaxt veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti