Bakı. Trend:
Almaniyanın ikinci ən böyük hava limanı olan Münhen hava limanı, 27-28 fevral tarixlərində xidmət işçilərinin tətili səbəbindən iflic vəziyyətinə düşəcək.
Trend xəbər verir ki, bu barədə DPA agentliyi hava limanının rəhbərliyinə istinadən məlumat yayıb.
Tətil, əmək haqqının artırılması ilə bağlı danışıqlarda işəgötürənlərə təzyiq göstərmək məqsədilə Verdi həmkarlar ittifaqı tərəfindən irəli sürülüb.
Hava limanından verilən məlumata görə, planlaşdırılmış 1600-dən çox reysin əksəriyyəti ləğv ediləcək. Münhen hava limanı administrasiyası sərnişinləri öz reysləri ilə bağlı məlumatları əvvəlcədən yoxlamağa çağırıb.
Yanvarın 30-da N-tv Münhen Universitetinin Ifo sorğusunun nəticələrinə istinadən bildirir ki, Almaniyanın bütün sənaye sektorlarında geniş miqyaslı ixtisarlar gözlənilir. Pərakəndə ticarətdə də iş yerlərinin azalması ehtimalı var.