...

Tailandda turist avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb

Dünya xəbərləri Materials 26 Fevral 2025 08:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandın Praçinburi əyalətində turist avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.

Trend “Thairath” qəzetinə istinadən xəbər verir ki, hadisə Banqkokdan 120 km aralıda baş verib. Üç avtobusdan ibarət 200 nəfərlik tur qrupu daşınarkən sonuncu avtobus idarəetməni itirib, beton maneəni yıxaraq aşıb.

Qəzaya uğrayan avtobusda 47 sərnişin və 2 sürücü olub. Avtobus Byungkan əyalətindən Rayonq kurort bölgəsinə gedirmiş.

Yerli hakimiyyət orqanları 20-yə yaxın yaralının xəstəxanaya çatdırıldığını, xilasedicilərin itkin düşənləri axtarmağa davam etdiyini bildirib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti