Bakı. Trend:
ABŞ-nin Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask super-milyarderlərin reytinqinə başçılıq edir.
Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" “Altrata” şirkətinin özəl reytinq cədvəlinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, reytinq cəldvəlində dünyanın 24 ən zəngin insanı yer alır. Mask 419,4 milyard ABŞ dolları varidatla cədvələ başçılıq edir.
Siyahıda növbəti yerlərdə “Amazon” onlayn alqı-satqı şəbəkəsinin rəhbəri Ceff Bezos (263,8 milyard dollar) və Fransadan olan qiymətli əşyaların satışı ilə məşğul olan LVMH şirkətinin sahibi Bernar Arno (238,9 milyard dollar) və ABŞ-nin proqram təminatı istehsalçısı olan “Oracle” korporasiyasının həmtəsisçisi Larri Ellison gəlir (237 milyard dollar).
İlk beşliyi isə 220,8 milyard ABŞ dollar həcmində aktivləri olan “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq tamamlayır.
“Google” şirkətinin həmtəsisçisi Sergey Brin isə reytinqdə 160,5 milyard dollar sərvətlə altıncı yerdə qərarlaşıb.