Bakı. Trend:
Rusiyanın “Avrorpa” hava yolları şirkətinə məxsus sərnişin təyyarəsinin ikinci pilotu Xabarovsk aeroportunda uçuşdan qabaq huşunu itirib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, insident fevralın 25-də Nikolayevsk-na-Amure şəhərinə uçan təyyarənin göyərtəsində baş verib. Uçuş ekipajının tərkibində 3 nəfər olub: hava gəmisinin komandiri, ikinci pilot və təlimatçı-pilot.
Sonuncu pilot huşunu itirmiş ikinci pilotu əvəz etməli olub.