...

Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir

Dünya xəbərləri Materials 27 Fevral 2025 03:46 (UTC +04:00)
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir

Bakı. Trend:

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın vəd etdiyi Avropa mallarına 25 faizlik gömrük rüsumlarına tezliklə qəti şəkildə cavab verəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının yaydığı açıqlamasında bildirilib.

"Avropa Komissiyası [ABŞ] gömrük rüsumlarına dərhal və qəti şəkildə cavab verəcək", - deyə sənəddə bildirilib.

Komissiya Trampın Aİ-nin “ABŞ-yi istismar etmək üçün yaradılıb və bunu uğurla həyata keçirib” ifadələrinə də münasibət bildirib. Brüssel Avropa İttifaqının "dünyanın ən böyük bazarı" olduğu və "ABŞ üçün böyük uğur" olduğu iddiası ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti