...

Məşhur aktrisa evində ölü tapıldı

Dünya xəbərləri Materials 27 Fevral 2025 14:33 (UTC +04:00)
Məşhur aktrisa evində ölü tapıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyaca məşhur amerikalı aktrisa, “Gossip Girl” və “The Vampire Slayer” kimi seriallarda məşhurlaşmış Mişel Traxtenberq yaşadığı evində ölüb tapılıb.

Trend ABŞ KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı aktrisanın meyitini onun anası Nyu-York şəhərindəki evində aşkarlayıb.

Məlumata görə, bir müddət əvvəl aktrisa qara ciyər köçürmə əməliyyatından keçib və əməliyyatdan sonra bir sıra fəsadlaşmalarla üzləşmişdi.

Depresiya ilə əlaqəli intihar ehtimalının istisna edildiyi bildirilir.

Qeyd edək ki, Traxtenberq keçən ay sosial şəbəkə hesabında verdiyi açıqlamada sağlam və xoşbəxt olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti