...

Maskın şirkəti internet şəbəkəsi üçün orbitə 21 süni peyk göndərib

Dünya xəbərləri Materials 27 Fevral 2025 21:00 (UTC +04:00)
Maskın şirkəti internet şəbəkəsi üçün orbitə 21 süni peyk göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Space X” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketi “Starlink” internet əhatə sisteminin qlobal şəbəkəsinin orbital qruplaşmasının doldurulması məqsədilə orbitə növbəti – 21 kiçik süni peykdən ibarət partiyanı daşıyıb.

Trend xəbər verir ki, raketin buraxılışı Amerika Kosmik Qüvvələrinin Floridadakı Kanaveral bazasında Bakı vaxtı ilə bu gün 08:34-də baş tutub.

Təxminən bir saatdan sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıblar.

Qeyd edək ki, 2019-cu ilin may ayından bəri “Space X” şirkəti “Starlink” internet layihəsi üzrə orbitə 8 mindən çox süni peyk buraxıb. Onların bir hissəsi sıradan çıxıb və ya orbitdən uzaqlaşıb. Hazırda 7,1 min aparatın orbitdə işlək vəziyyətdə olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti