...

Yaponiyada doğum üzrə antirekord qeydə alınıb

Dünya xəbərləri Materials 27 Fevral 2025 20:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyada ötən ilin göstəricilərinə əsasən doğum səviyyəsi kəskin şəkildə enərək 721 min nəfərə qədər azalıb. Bu ölkədə 1899-cu ildən bəri qeydə alınmış ən aşağı göstəricidir.

Trend xəbər verir ki, bu barədə “Mainichi” qəzeti yazır.

Məqalədə qeyd olunur ki, bu, həm ölkəyə gələn xarici vətəndaşların, həm də xarici dövlətlərə gedən yaponların hesaba alındığı ilkin rəqəmlərdir. Daha dəqiq illik statistikanın iyun ayında dərc olunacağı bildirilir.

Bununla belə, doğum səviyyəsinin 700 min nəfəri keçməyəcəyi proqnozlaşdırılır. 2023-cü ildə ölkədə doğum səviyyəsi 758 min nəfərə yaxın idi. Bundan əvvəl doğulanların sayının yalnız 2039-cu ilə qədər 720 min nəfərə qədər düşəcəyi ehtimal edilirdi.

Ötən ilin nəticələrinə görə, Yaponiyada ölənlərlə doğulanların fərqi 897,7 min nəfər təşkil edir. Bu rekord yüksək göstərici sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti