Bakı. Trend:
“Samsung” şirkəti” özünün yeni nəsil “9100 Pro” SSD yaddaş qurğusunu təqdim edib. Saniyədə 14,8 QB qədər rekord oxunma sürətinə malik olan qurğu dünyanın ən sürətli istehlak məqsədli SSD diski hesab olunur.
Trend xəbər verir ki, bu barədə “Tom’s Hardware” nəşri məlumat yayıb.
Yeni SSD qurğusu “Samsung TLC V8 V-NAND” yaddaş sisteminə və “Presto” kontroloruna əsaslanır və tamqiymətli “PCIe 5.0 x4 NVMe 2.0” interfeysindən istifadə edir. Onun əvvəlki modellərdən fərqi qurğunun tam keçiricilik qabiliyyətinə malik olmasıdır.
Yeni “9100 Pro” modeli 1,2, 4 və 8 terabayt yaddaş ölçülərində satışa çıxarılacaq.