...

ABŞ-də yeni partiya yaradılır

Dünya xəbərləri Materials 27 Fevral 2025 16:17 (UTC +04:00)
ABŞ-də yeni partiya yaradılır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Demokratik partiyanın əsas maliyyə dəstəkçilərindən olan biznesmen Con Morqan ölkədə mövcud sistemin “hakimiyyətin maliyyə fırıldaqçılıqlarına görə" “sınması” ucbatından yeni siyasi partiya yaratdığını elan edib.

Trend xəbər verir ki, bu barədə biznesmen öz “X” səhifəsində məlumat paylaşıb.

“Mən iki qütb arasında dolaşıb qalmış kəslər üçün yeni siyasi partiya formalaşdırıram. Bizim partiya sistemimiz seçki dairələrinin maxinasiyaları və mübahisəli suallar ucbatından sınmış vəziyyətə gəlib”, - deyə o bildirib.

Morqan Demokratik partiyanın ən fəal sponsorlarından olsa da, 2024-cü ilin iyul ayında Demokratlardan keçmiş prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyası üçün vəsaitlərin toplanmasında iştirak etməkdən imtina etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti