...

Türkiyədə terrorçulara çağırış: Silahlar yerə qoyulmalı, PKK özünü buraxmalıdır

Dünya xəbərləri Materials 27 Fevral 2025 19:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə fəaliyyət göstərən DEM Partiyasının heyəti bu gün İmralı adasındakı həbsxanada saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalanla üçüncü dəfə görüşüb.

Trend xəbər verir ki, adaya səfərdən sonra İstanbulda mətbuat konfransı keçirən heyət üzvləri tərəfindən terror qruplarına silahların yerə qoyulması və PKK-nın özünü buraxması ilə bağlı çağırışı oxunub.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin vəkili Afkan Ala bununla bağlı açıqlama verərək deyib:

“Çağırışın mahiyyəti silahların yerə qoyulması və terror təşkilatının özünü buraxmasıdır. Biz nəticəyə baxırıq”.

Xəbər lenti

Xəbər lenti