Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
“NATO-nun müttəfiqləri müdafiə sahəsinə investisiyalarını fəal şəkildə artırırlar”, - deyə M.Rutte vurğulayıb.
NATO-nun Baş katibi qeyd edib ki, alyans ölkələri Ukraynaya milyardlarla yardım, eləcə də yeni təhlükəsizlik zəmanətləri hazırlayır. Bununla belə, Rutte konkret olaraq blokun hansı üzv dövlətlərinin bunda iştirak etdiyini açıqlamayıb.
Bundan əvvəl Tramp Ukraynanın Şimali Atlantika Alyansına qoşulmayacağını bildirmişdi.