...

Böyük Britaniya müdafiə xərclərini artıracaq

Dünya xəbərləri Materials 28 Fevral 2025 06:57 (UTC +04:00)
Böyük Britaniya müdafiə xərclərini artıracaq

Bakı. Trend:

Böyük Britaniya Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Ağ evin Şərq zalında birgə mətbuat konfransı keçiriblər.

Trend xəbər verir ki, konfransda Ukrayna, müdafiə xərcləri və ticarət münasibətləri müzakirə olunub.

Donald Tramp Baş nazir Kir Starmeri 2027-ci ilə qədər Britaniyanın müdafiə xərclərini ÜDM-in 2,5 faizinə yüksəltmək qərarına görə təbrik edib. O qeyd edib ki, illərlə kifayət qədər maliyyə ayrılmadığı üçün indi bunu kompensasiya etmək lazımdır. Bundan əlavə, Prezident Tramp Böyük Britaniya və ABŞ arasında böyük bir ticarət sazişinin imzalanacağını bildirib.

Baş nazir Kir Starmer isə Böyük Britaniya və ABŞ-ın hər zaman bir-birinin əsas müdafiə tərəfdaşı olduğunu vurğulayıb. O qeyd edib ki, Böyük Britaniya və ABŞ-ın bir-birinin iqtisadiyyatına yatırdığı sərmayənin dəyəri 1,5 trilyon funt-sterlinq (1,89 trilyon dollar) təşkil edir.

O, ölkələr arasında əsasını qabaqcıl texnologiyanın təşkil etdiyi yeni iqtisadi razılaşma üzərində işlərin artıq başladığını da açıqlayıb.

Tramp konfransda, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin fevralın 28-də Ağ evə baş tutacaq səfəri zamanı Ukrayna mineral resurslarının paylaşılması barədə müqavilə imzalanacağını açıqlayıb. Tramp əlavə edib ki, bu müqavilə ABŞ-ın Ukraynaya hərbi yardımlarının əvəzinin ödənilməsi üçün nəzərdə tutulub. Tramp çıxışına davam edərək, Ukraynada növbəti addımın tez bir zamanda atəşkəs əldə etmək olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti