Bakı. Trend:
Amerika Birləşmiş Ştatları və Ukrayna mineral ehtiyatlara dair saziş üzərində işi yekunlaşdırıb və bu mövzuda danışıqlar başa çatıb.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent bildirib.
Bessent qeyd edib ki, saziş strateji faydalı qazıntılar, neft və qaz, eləcə də infrastruktur aktivləri üzrə əməkdaşlığı nəzərdə tutur. Onun fikrincə, bu razılaşma həm Vaşinqton, həm də Kiyev üçün faydalı olacaq.