Bakı. Trend:
Pakistanın Akora şəhərindən məsciddə partlayış baş verib.
Trend Pakistan KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb.
Bildirilib ki, tibb müəssisələrində yüksək hazırlıq rejimi elan edilib.
Qeyd edilib ki, bu, məsciddə çox sayda insan olub. Onlar müqəddəs Ramazan ayı öncəsi son cümə namazını qılmaq üçün məscidə gəliblər.
Partlayışın səbəbi barədə məlumat verilmir.