...

Yanvar ayında Türkiyənin İƏT ölkələrinə ixracı 6 milyard dollara çatıb

Dünya xəbərləri Materials 28 Fevral 2025 15:56 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 16,2 faiz artaraq 5 milyard 958 milyon 557 min dollar olub.

Trend xəbər verir kiBu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2025-ci ilin yanvar ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz artaraq 3 milyard 856 milyon 907 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 868 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin yanvar ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,8 faiz artaraq 21 milyard 165 milyon dollar, idxalı isə 9,6 faiz artaraq 28 milyon 703 min dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti