...

Terror divarının dağıdılması üçün tarixi addım atmaq fürsətimiz var - Ərdoğan

Dünya xəbərləri Materials 1 Mart 2025 07:05 (UTC +04:00)
Terror divarının dağıdılması üçün tarixi addım atmaq fürsətimiz var - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizədə yeni mərhələyə keçildiyini bildirib.

Trend xəbər verir ki, bunu Ərdoğan İstanbulda “Kanal 7”nin 30-cu ildönümü proqramında çıxışı zamanı bildirib.

Ərdoğanın sözlərinə görə, terror təşkilatlarının istismar üçün istifadə etdiyi bəhanələr ya aradan qaldırılıb, ya həll edilib, ya da yoluna qoyulub. "Terrorsuz Türkiyə uğrunda mübarizədə dünəndən etibarən yeni bir mərhələyə keçdik. Qarşımızda min illik qardaşlığımızın arasına hörülən terror divarını dağıtmaq fürsəti var. Başlayan prosesi aidiyyəti qurumlarımız vasitəsilə diqqətlə izləyəcəyik", - deyə Türkiyə lideri vurğulayıb.

O, çıxışı zamanı Türkiyə tarixində “postmodern çevriliş” kimi tanınan 28 fevral 1997-ci il Milli Təhlükəsizlik Şurasının iclasından 28 il keçdiyini xatırladıb və bu hadisənin ölkənin sosial-siyasi həyatında açdığı dərin yaraların hələ də tam sağalmadığını bildirib.

Ərdoğan qeyd edib ki, həmin dövrdə 33 mindən çox müəllim intizam təhqiqatına məruz qalıb, onlardan 11 mindən çoxu cəzalandırılıb, minlərlə müəllim isə istefaya məcbur edilib. Dövlət qurumlarında çalışan minlərlə insan da oxşar şəkildə təqib olunub və sürgün edilib.

"28 fevral təkcə hüquq və azadlıqları deyil, iqtisadiyyatı da böyük dağıntıya məruz qoydu. Postmodern çevrilişin Türkiyə iqtisadiyyatına vurduğu ziyan 380 milyard dollar təşkil edir. Bunun əsas məsuliyyəti CHP-nin üzərindədir", - deyə Ərdoğan əlavə edib.

Xəbər lenti

Xəbər lenti