...

OpenAI yeni nəsil süni intellekt modeli "GPT-4.5"i təqdim edib

Dünya xəbərləri Materials 1 Mart 2025 07:57 (UTC +04:00)
OpenAI yeni nəsil süni intellekt modeli "GPT-4.5"i təqdim edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin "OpenAI" şirkəti süni intellekt texnologiyasının növbəti inkişaf mərhələsini təmsil edən "GPT-4.5" modelini təqdim edib.

Trend xəbər verir ki, "GPT-4.5" indiyədək hazırlanan ən güclü və inkişaf etmiş çatbot modelidir. Yeni versiya məntiqi əlaqələri anlamaq, yaradıcı ideyalar formalaşdırmaq və mürəkkəb problemləri həll etmək bacarıqlarını təkmilləşdirir.

"GPT-4.5" istifadəçilərin sorğularına daha dəqiq cavab verməklə yazı və proqramlaşdırma sahələrində daha faydalı olacağı gözlənilir. OpenAI mütəxəssisləri yeni modelin əvvəlkilərlə müqayisədə daha az səhvə yol verdiyini bildiriblər.

Məlumata görə, "GPT-4.5" nəzarətsiz öyrənmə prosesini genişləndirməklə süni intellektin daha dərin biliklərə yiyələnməsinə imkan yaradır. "Microsoft Azure" superkompüterlərində hazırlanan bu model AI sistemlərinin daha etibarlı və dəqiq işləməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti