Bakı. Trend:
Avropa Ukraynadakı münaqişəni daha bir il müddətinə uzadaraq, bununla Rusiyanı zəiflədəcəyinə ümid edir.
Trend xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio CNN telekanalına verdiyi müsahibədə bildirib.
“Bir xarici işlər naziri mənə demişdi ki, - düzdür, burada onun adını çəkməyəcəyəm, amma o belə demişdi - müharibə daha bir il - Rusiyanın o qədər zəifləyib, sülh üçün müraciət edəcəyi nöqtəyə qədər davam edəcək”, - deyə Rubio bildirib.
Rubionun sözlərinə görə, münaqişənin daha bir il müddətinə uzanması daha çox itki və dağıntılara yol açmış olacaq.
O, belə bir planın “qeyri-real” olduğunu söyləyib.