...

Türkiyənin vitse-prezidentindən PKK terror təşkilatının atəşkəs elan etməsinə dair AÇIQLAMA

Dünya xəbərləri Materials 1 Mart 2025 16:45 (UTC +04:00)
Türkiyənin vitse-prezidentindən PKK terror təşkilatının atəşkəs elan etməsinə dair AÇIQLAMA
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. trend:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz PKK terror təşkilatının atəşkəs elan etməsinə münasibət bildirib.

Trend-in TRT-yə istinadən xəbərinə görə, o bildirib ki, Terrorsuz Türkiyə hədəfi ölkənin gündəminə çevrilib.

"Türk Əsri vizyonunun ayrılmaz bir parçası olan terrordan azad Türkiyə hədəfinin həm təhlükəsizlik, həm də daha sürətli inkişaf və demokratik standartların yüksəldilməsi baxımından son dərəcə dəyərlidir.

Hər zaman vurğuladığımız kimi, terrorla demokratik sivil siyasət bir yerdə deyil və ola da bilməz. Dünyada heç bir demokratik hüquqi dövlət buna imkan verməz. Tarixi təcrübəsi ilə bütün dünyaya bir yerdə yaşamaq mədəniyyətini öyrədən əziz xalqımız, fərqlilikləri sivil münaqişədən daha çox bir zənginlik olaraq görür.

Ümid edirik ki, bu fürsət dəyərləndiriləcək. Terror təşkilatının heç bir müzakirə aparılmadan dağılması həm təhlükəsizlik, həm demokratiya, həm də inkişaf baxımından yeni mühit və dövr mənasına gəlir.

Biz bu yeni mərhələni və onun sahədəki konkret əksini aidiyyəti qurumlarımızla birlikdə diqqətlə izləyəcəyik. Ümid edirik ki, bu fürsətdən istifadə olunacaq, bu səylər tez bir zamanda uğurla yekunlaşacaq və mümkün olan ən qısa zamanda bölgəmizdə müharibə planları quranların tələləri üzə çıxacaq", - o qeyd edib.

Qeyd edək ki, PKK terror təşkilatı atəşkəs elan edib. Terror təşkilatının silahlıları həbsdə olan Abdullah Öcalanın müraciətinə əməl ediləcəyini bildiriblər.

Xatırladaq edək ki, fevralın 27-dən etibarən Xalqların Bərabərliyi və Demokratiya partiyasının (DEM) nümayəndə heyəti İmralı adasında Abdullah Öcalanla danışıqlar aparırdı.

PKK terrorçu qruplaşmasının mərkəzləşdiyi Qandildən onun açıqlmasına müsbət reaksiya gəlib. Onlar çağırışa əsasən atəşkəs elan etdiklərini bildiriblər.

“Biz, PKK olaraq, sözügedən çağırışın məzmununu tam şəkildə qəbul edirik və öz tərəfimizdən bu çağırışın tələblərinə əməl edəcəyimizi və icra edəcəyimizi bildiririk. Bu gündən etibarən atəşkəs elan edirik”, - deyə Qandildən gələn məktubda deyilir.

Terror təşkilatının lideri Abdullah Öcalan İmralı adasından etdiyi çağırışda “Silahları yerə qoymaq çağırışı edirəm və bu çağırışın tarixi məsuliyyətini üzərimə götürürəm” bəyanatı vermişdi.

Xəbər lenti

Xəbər lenti