...

Britaniya ABŞ-ni Ukrayna ilə metal sazişi imzalamağa inandıra bilməyib

Dünya xəbərləri Materials 2 Mart 2025 03:28 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ administrasiyasını Ukraynanın nadir torpaq metallarının hasilatı ilə bağlı Ukrayna ilə müqavilə imzalamağa razı sala bilməyib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

"Britaniya rəsmiləri ABŞ-nin Ukrayna ilə iqtisadi razılaşmasını xilas edə bilməyiblər", - deyə agentlik bildirib.

Məlumata əsasən, Vaşinqton Londona deyib ki, “hamının sakitləşməsi üçün vaxt lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti