...

Tacikistanda parlament və yerli qanunverici orqanlara seçkilər başa çatıb

Dünya xəbərləri Materials 2 Mart 2025 21:45 (UTC +04:00)
Tacikistanda parlament və yerli qanunverici orqanlara seçkilər başa çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistanda parlamentin aşağı palatasına, eləcə də regionların, şəhərlərin, rayonların və kəndlərin qanunverici orqanlarına seçkilər yekunlaşıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, ölkədə saat 20:00-da (Bakı vaxtı ilə 19:00) 3 513 seçki məntəqəsi bağlanıb. 14 saat davam edən səsvermə nəticəsində vətəndaşlar birmandatlı dairələrdən 41, ümumrespublika dairəsindən isə 22 deputat seçiblər. Ümumilikdə 63 yer uğrunda 220 namizəd, o cümlədən 65 müstəqil namizəd mübarizə aparıb.

Tacikistanın Mərkəzi Seçki və Referendum Komissiyasının (MSRK) sədri Baxtiyer Xudoyorzoda seçkilərin artıq 12:00-dək (Bakı vaxtı ilə 11:00) seçicilərin 59 %-nin iştirakı ilə baş tutduğunu elan edib. Tacikistan qanunvericiliyinə görə, seçkilərin etibarlı hesab olunması üçün seçicilərin yarıdan çoxunun səs verməsi kifayətdir.

Ölkədə yeddi qeydiyyatdan keçmiş partiyadan altısı seçkilərə öz namizədlərini irəli sürüb. Bunlar Prezident Emoməli Rəhmonun rəhbərlik etdiyi Xalq Demokratik Partiyası, eləcə də Aqrar, Demokratik, Kommunist, Sosialist partiyaları və İqtisadi İnkişaf Partiyasıdır. Müxalif Sosial-Demokrat Partiyası isə seçkilərdə iştirak etməyib.

Seçkilərin monitorinqi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) missiyası Tacikistandakı seçkiləri ilk dəfə müşahidə etməyib. Həmçinin, Tacikistan hakimiyyəti “Radio Ozodi”, BBC, “Asia-Plus” və digər media qurumlarını “akkreditasiya müddətinin qaçırılması” səbəbilə akkreditə etməkdən imtina edib. Mərkəzi Seçki Komissiyası yalnız rəsmi akkreditə olunmuş media qurumlarının məlumatlarından istifadəni tövsiyə edib. Seçkiləri işıqlandırmaq hüququ yalnız yerli dövlət mediasına və Rusiyanın bəzi agentliklərinə verilib.

Seçkilərin ilkin nəticələri martın 3-də açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti