...

“Bitcoin”in qiyməti yenidən artır

Dünya xəbərləri Materials 2 Mart 2025 22:14 (UTC +04:00)
“Bitcoin”in qiyməti yenidən artır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bitkoinin qiyməti ticarət zamanı 10%-dən çox artaraq 93 min dolları ötüb.

Trend xəbər verir ki, bu barədə Binance platformasının məlumatları sübut edir.

Belə ki, Bakı vaxtı ilə saat 20:38-ə olan məlumata görə, bitkoinin qiyməti 10,11% artaraq 93 665 dollara çatıb. Saat 20:40-da isə artım daha da sürətlənərək 94 112 dollar səviyyəsinə yüksəlib.

Kriptovalyutanın qiymətindəki bu sürətli artım ABŞ prezidenti Donald Trampın milli kriptovalyuta ehtiyatının yaradılması ilə bağlı açıqlamaları fonunda baş verib. Amerika lideri Bitcoin və Ethereumun bu ehtiyatın əsasını təşkil edəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti