Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə baş vermiş mübahisələrə baxmayaraq, Kiyevin ABŞ ilə mineral ehtiyatlar üzrə saziş imzalamağa hazır olduğunu bəyan edib.
Trend xəbər verir ki, bu barədə o, Böyük Britaniya kralı III Çarlzla görüşdən sonra BBC müxbirinin sualını cavablandırarkən bildirib.
"Bizim siyasətimiz keçmişdə gördüklərimizi davam etdirməkdir, biz konstruktivik. Əgər biz faydalı qazıntılar üzrə saziş imzalamağa razılaşmışıqsa, onu imzalamağa hazırıq", – Zelenski deyib.
O, əlavə edib ki, "danışıqlar masası üzərində olan" saziş tərəflər hazır olduqda imzalanacaq.