Bakı. Trend:
Bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administrasiyasına Ukraynadakı böhranı ən azı bir il uzatmağı təklif ediblər.
Trend xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio "ABC News"a müsahibəsində bildirib ki, müharibənin bir il daha uzadılmasını təklif edənlər, Rusiyanın bundan sonra danışıqlar aparmağa hazır olacağını düşünürlər. Lakin Rubio bu təklifi yaxşı bir plan olaraq qiymətləndirmir.
"Fikrimcə, bu, yaxşı plan deyil. Görüşdüyüm bütün xarici işlər nazirlərindən soruşmuşam: "Bütün bunların nə ilə qurtaracağını necə təsəvvür edirsiniz?" Çoxunun planı yoxdur", - Rubio qeyd edib.