Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dayandırılması ideyasını hələ müzakirə etmədiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən hərbi yardımını hələ müzakirə etməmişəm", - deyə o bildirib.
D.Tramp qeyd edib ki, onun hərəkətləri gələcək hadisələrdən asılı olacaq.
"Hazırda çox hadisələr baş verir", - deyə ABŞ prezidenti vurğulayıb.
Tramp administrasiyası hələ də Kiyevə hərbi yardım paketləri təqdim etməyib. Eyni zamanda, ABŞ-ın əvvəlki administrasiyasının Ukraynaya vəd etdiyi silahların tədarükünə də mane olmur.