...

Tramp Zelenskidən danışıqlara hazır olması ilə bağlı məktub alıb

Dünya xəbərləri Materials 5 Mart 2025 08:31 (UTC +04:00)
Tramp Zelenskidən danışıqlara hazır olması ilə bağlı məktub alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən danışıqlara hazır olması ilə bağlı məktub aldığını deyib.

Trend xəbər verir ki, bu barədə Tramp, Konqresdəki çıxışında danışıb.

Tramp bildirib ki, Zelenski məktubunda ​​ Ukraynanın istənilən vaxt "resurs sazişi"ni imzalamağa hazır olduğunu qeyd edib:

“Mən Ukrayna Prezidenti Zelenskidən vacib məktub aldım. Məktubda deyilir: “Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Faydalı qazıntılar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna sizin üçün əlverişli olan istənilən vaxt onu imzalamağa hazırdır”.

Xəbər lenti

Xəbər lenti